Dəniz logistikasında şəffaflıq çatışmazlığı artır

170

Risklərin idarə edilməsi üzrə qlobal agentlik “Achilles”in yeni araşdırması dəniz nəqliyyatı sektorunda tədarük zənciri üzrə nəzarətin yetərsiz olduğunu ortaya qoyub.

Sorğuda iştirak edən şirkətlərin 75%-i tədarük zəncirlərində yalnız qismən və ya məhdud görünürlüyə malik olduqlarını bildirib. Respondentlərin yarıdan çoxu növbəti iki il ərzində risklərin daha da artacağını proqnozlaşdırır.

Araşdırmada qeyd olunur ki, Qırmızı dəniz və Hörmüz boğazında yaranan gərginliklər səbəbindən marşrut dəyişiklikləri edən bir sıra şirkətlər artıq 10 milyon dollardan çox zərərə məruz qalıb.

Eyni zamanda, şirkətlərin 75%-dən çoxu əməliyyat səmərəliliyini artırmaq üçün süni intellekt həllərini sınaqdan keçirsə də, bu texnologiyaların tətbiqi hələ ilkin mərhələdədir.

Hesabatda vurğulanır ki, dənizçilik sektorunda ekoloji və emissiya azaldılması təşəbbüslərinin əsas hərəkətverici qüvvəsi tənzimləyici qurumlardan çox, müştəri tələbləridir.

Seanews.az