Dənizçilikdə rəqəmsal sertifikat sistemi genişlənir

183

Dənizçilik sektoru üçün rəqəmsal identifikasiya və sertifikat infrastrukturu hazırlayan “Idsure” şirkəti 600 min avro həcmində ilkin investisiya cəlb edib.

Əldə olunan vəsait bayraq dövlətləri və təlim mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsinə, eləcə də dənizçilər və gəmi idarəçiləri üçün rəqəmsal xidmətlərin inkişafına yönəldiləcək.

Şirkətin platforması blokçeyn əsaslı qorunan sertifikat sistemi və aviasiya səviyyəli identifikasiya texnologiyası üzərində qurulub. Sistem saxtalaşdırılması mümkün olmayan rəqəmsal sənədlərin yaradılmasına və QR kod vasitəsilə operativ yoxlanılmasına imkan verir.

“Idsure” bildirir ki, platforma STCW Konvensiyası və Beynəlxalq Əmək Təşkilatının tələblərinə uyğun hazırlanıb.

Layihənin ilk tətbiqləri sırasında “Bahamas Maritime Authority” ilə rəqəmsal dənizçi kitabçaları, “Columbia Shipmanagement” ilə ekipaj sertifikatlarının pilot layihəsi və “SITA” ilə identifikasiya infrastrukturu üzrə əməkdaşlıq yer alır.

Seanews.az