ABŞ-nin Nyu-York şəhərində yerləşən gəmiqayırma zavodunda partlayış baş verib.
“Associated Press” agentliyinin məlumatına görə, hadisə nəticəsində bir nəfər həyatını itirib, azı 36 nəfər isə xəsarət alıb.
Bildirilir ki, yaralananların əksəriyyəti hadisə yerinə cəlb olunan yanğınsöndürənlər və digər xilasedicilərdir. Həlak olan şəxsin mülki şəxs olduğu açıqlanıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.





