Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Yəmənin Sokotra adasından təxminən 200 dəniz mili qərbdə dəniz insidenti barədə məlumat yayıb.
Məlumata görə, tankerin kapitanının bildirdiyinə əsasən, göyərtəsində 5 nəfər olan kiçik bir gəmi tankere yaxınlaşıb.
Hadisə zamanı gəmidə olan silahlı mühafizə bölməsi müdaxilə edib və bundan sonra kiçik gəmi kursunu dəyişərək ərazini tərk edib.
UKMTO bildirib ki, hazırda hadisə araşdırılır və bölgədən keçən gəmilərə ehtiyatlı olmaları, eləcə də şübhəli fəaliyyətlər barədə dərhal məlumat vermələri tövsiyə olunur.





