Avropaya qayıqla getmək istəyənlər saxlanıldı

154

Türkiyənin Çanaqqala vilayəti yaxınlığında, Egey dənizində qanunsuz miqrantları daşıyan motorlu rezin qayıq Sahil Mühafizə Xidməti tərəfindən saxlanılıb.

Hadisə Ayvacıq qəsəbəsi istiqamətində qeydə alınıb. Qayıq Sahil Mühafizə Komandanlığının mobil radarı vasitəsilə müəyyən edilərək dayandırılıb.

Qayıqda Avropaya qanunsuz keçməyə cəhd edən 31 miqrant olub. Onların Əfqanıstan və Azərbaycan vətəndaşları olduğu bildirilir. Saxlanılan şəxslərdən 9-u uşaqdır.

Sahil Mühafizə Komandanlığı miqrantları aidiyyəti qurumlara təhvil verib.