Dünyanın ən böyük LNG konteyner gəmisi

99

Fransanın “CMA CGM” şirkəti dünyanın ən böyük LNG ilə işləyən konteyner gəmisini təhvil alıb. Fransa bayrağı altında fəaliyyət göstərəcək “CMA CGM Notre Dame” adlı gəmi ilk kommersiya səfərinə Çinin Şanxay limanından başlayıb.

24 212 TEU tutuma malik gəminin uzunluğu 400 metr, eni isə 62 metrdir. Gəmi Asiya ilə Avropanı birləşdirən strateji “French Asia Line” marşrutunda fəaliyyət göstərəcək və Şanxay, Sinqapur, Rotterdam, Hamburq və digər iri limanlara səfərlər həyata keçirəcək.

Şirkətin məlumatına görə, “CMA CGM Notre Dame” LNG mühərriki ilə yanaşı, enerji səmərəliliyini artıran bir sıra müasir texnologiyalarla təchiz olunub. Bunlara aerodinamik sistemlər, ağıllı enerji idarəetmə həlləri və süni intellekt əsaslı marşrut optimallaşdırılması daxildir.

Təxminən 30 nəfərlik heyət tərəfindən idarə olunacaq gəmi 2026–2028-ci illərdə istismara veriləcək 10 yeni nəsil konteyner gəmisindən ibarət seriyanın ilk nümayəndəsi hesab olunur.

Seanews.az