Ro-Pax gəmisində alov

149

İtaliyanın Neapol limanında təmirdə olan Ro-Pax tipli “GNV Phoenix” bərəsində baş verən yanğın tam söndürülüb.

Hadisə çərşənbə günü axşam saatlarında gəminin yeddinci göyərtəsində qeydə alınıb.

Yanğın zamanı bərədə olan 85 nəfər təhlükəsiz şəkildə təxliyə edilib. Xəsarət alan olmayıb. Alovun söndürülməsi üçün yanğınsöndürmə gəmiləri, yedək gəmiləri və İtaliya yanğınsöndürmə xidməti cəlb olunub.

Ehtiyat tədbiri olaraq Neapol şəhər rəhbərliyi sakinlərə açıq havada uzun müddət qalmaqdan çəkinməyi və havalandırma sistemlərindən istifadə etməməyi tövsiyə edib.

Yanğın cümə axşamı səhər saatlarında tam nəzarətə götürülüb və alovun gəminin digər hissələrinə yayılmasının qarşısı alınıb. Hadisə ilə bağlı təmizləmə və araşdırma işləri davam etdirilir.

Seanews.az