Hərbi-dəniz əməkdaşlığında yeni səhifə

163

Yaponiya və Cənubi Koreya gələn ay təxminən doqquz illik fasilədən sonra ilk dəfə birgə dəniz axtarış və xilasetmə təlimləri keçirəcək.

Cənubi Koreyanın müdafiə naziri An Qyu Bak bildirib ki, Cənubi Koreya Hərbi Dəniz Qüvvələri və Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin iştirakı ilə keçiriləcək təlimlər iyunun 7-nə planlaşdırılıb.

Təlimlər 2017-ci ildən bəri ilk dəfə baş tutacaq və iki ölkə arasında müdafiə və diplomatik münasibətlərdə son illərdə müşahidə olunan yumşalma kimi qiymətləndirilir.

Yaponiya müdafiə naziri Şindziro Koidzumi isə tərəflərin Hind-Sakit okean regionunda sülh və sabitliyin qorunmasında əməkdaşlığının vacibliyini vurğulayıb.