ABŞ Mərkəzi Komandanlığı mayın 29-da Oman körfəzində İran limanına doğru hərəkət edən yük gəmisinə zərbə endirildiyini açıqlayıb.
Qambiya bayrağı altında üzən “Liam Star” gəmisinin mühərrik bölməsi ABŞ təyyarəsindən buraxılan “Hellfire” raketi ilə vurulub. Nəticədə 1600 tonluq yük gəmisi dənizdə hərəkətsiz qalıb.
Gəmiyə ABŞ blokadasını pozduğu barədə 20-dən çox xəbərdarlıq edilib. AIS məlumatlarında isə gəminin Pakistan istiqamətindən İraqa hərəkət etdiyi göstərilib.
Seanews.az





