Aviadaşıyıcı sıradan çıxdı

61

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “HMS Prince of Wales” aviadaşıyıcı gəmisi NATO təlimləri çərçivəsində Şimali Atlantikaya göndərilərkən texniki nasazlıqla üzləşib.

Denizxeber.az bildirir ki, manevrlər zamanı gəminin pər valında problem yaranıb. Nasazlıq səbəbindən aviadaşıyıcı Norveçin Stavanger limanına daxil olaraq təmir işlərinin aparılması üçün lövbər salıb.

Bildirilib ki, hadisə Britaniya hərbi dairələrində müdafiə planlaşdırması və hərbi xərclərlə bağlı müzakirələrin davam etdiyi dövrə təsadüf edib.

Hazırda gəmidə təmir və texniki baxış işləri aparılır.