Ətraf mühitə həsr olunan tədbir

73

Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) müxtəlif tədbirlər təşkil olunub.

Denizxeber.az “Seanews.az”-a istinadən xəbər verir ki, şirkətin struktur idarələrində, gəmilərində əməkdaşlarla maarifləndirici görüşlər keçirilib.

Görüşlərdə iqlim dəyişikliyinin ətraf mühitə və dəniz ekosistemlərinə təsiri, enerji və resurslardan səmərəli istifadə, tullantıların azaldılması, təkrar emal və digər mövzularda təqdimatlar olub.

Həmçinin bəzi ərazilərdə iməclik və abadlıq işləri aparılıb.

Qeyd edək ki, ətraf mühitin mühafizəsi ASCO-nun davamlı inkişaf strategiyasının əsas prioritetlərindən biridir. Şirkət ekoloji məsuliyyət prinsipinə sadiq qalaraq, əməliyyatlarını ətraf mühitə minimal təsirlə həyata keçirməyə və əməkdaşlarda bu istiqamətdə yüksək məsuliyyət formalaşdırmağa xüsusi önəm verir.