Rəhim Mikayılova yeni vəzifə verildi

75

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-yə məxsus “Dənizçi Təmir-Tikinti” MMC-də rəhbərliyə müvəqqəti təyinat həyata keçirilib.

Denizxeber.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, şirkətin direktorunun səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rəhim Mikayılova həvalə edilib.

Qeyd edək ki, “Dənizçi Təmir-Tikinti” MMC 2017-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 57,46 min manat təşkil edir.

Müəssisənin əsas fəaliyyət istiqamətləri sırasında ASCO-nun törəmə hüquqi şəxsləri və tabeliyində olan təşkilatlar, eləcə də digər hüquqi və fiziki şəxslər üçün təmir, tikinti-quraşdırma və dizayn işlərinin həyata keçirilməsi yer alır.