Mavritaniya Sahil Mühafizəsi son 10 gün ərzində ölkə sahilləri yaxınlığında 1076 qeyri-qanuni miqrantın xilas edildiyini açıqlayıb.
Denizxeber.az bildirir ki, bu barədə məlumat Mavritaniya Sahil Mühafizəsindən bildirilib.
Qeyd olunur ki, mövcud dinamika davam edərsə, cari ildə ölkəyə gələn miqrantların sayı indiyədək qeydə alınmış ən yüksək səviyyəyə çata bilər.
Məlumata görə, son günlər ərzində Mavritaniya sularında ümumilikdə 8 miqrant qayığı saxlanılıb. Həmin qayıqların Qambiya və Seneqal sahillərindən yola düşdüyü bildirilir. Miqrantların vətəndaşlığı barədə isə məlumat verilməyib.
Xilas edilən şəxslər Avropa İttifaqının maliyyə dəstəyi ilə yaradılmış müvəqqəti qəbul mərkəzlərinə yerləşdiriliblər.





