Gəmi hücuma məruz qaldı

74

Yəmən sahilləri yaxınlığında yük gəmisi naməlum silahlı şəxslər tərəfindən atəşə tutulub.

Denizxeber.az bildirir ki, bu barədə Böyük Britaniyanın Kral Dəniz Qüvvələri yanında fəaliyyət göstərən Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Bildirilib ki, Yəmənin şimal-qərbində yerləşən Bəlhəf şəhərindən təxminən 88 dəniz mili məsafədə baş verən hadisə zamanı altı silahlı şəxsi daşıyan qayıq yük gəmisinə yaxınlaşıb.

Məlumata əsasən, gəminin təhlükəsizlik heyəti ilə silahlılar arasında atışma baş verib. Qarşıdurmadan sonra hücum edən qayığın ərazidən uzaqlaşdığı bildirilib.

Hadisə nəticəsində xəsarət alanlar və ya gəminin zədələnməsi barədə rəsmi məlumat verilməyib. Faktla bağlı araşdırma aparılır.