Azov dənizində yük gəmisinə dron hücumu nəticəsində həlak olan kapitan köməkçisi Məhəmməd İlham oğlu Əliyev dəfn olunub.
Denizxeber.az APA-ya istinadən xəbər verir ki, 29 yaşlı Məhəmməd Əliyevin nəşi doğulduğu Zaqatala rayonunun Aşağı Tala kəndinə gətirilib.
Onunla vida mərasimi keçirilib.
Vida mərasimindən sonra M.Əliyev doğulduğu kəndin qəbiristanlığında dəfn edilib.






