Silahlı şəxslər gəmiyə yaxınlaşdı

66

Yəmən sahilləri yaxınlığında üzən ticarət gəmisinə silahlı quldurların yaxınlaşdığı barədə məlumat verilib.

Denizxeber.az bildirir ki, hadisə zamanı şübhəli şəxslərin olduğu kiçik qayıq gəminin istiqamətinə hərəkət edib.

Ekipaj dərhal təhlükəsizlik prosedurlarını işə salaraq aidiyyəti qurumlara məlumat verib. İlkin məlumata görə, quldurların gəmiyə çıxmağa cəhd göstərib-göstərmədiyi və ya insident nəticəsində xəsarət alanların olub-olmadığı dəqiqləşdirilir.

Hadisə regionda dəniz təhlükəsizliyi ilə bağlı narahatlıqların davam etdiyi bir dövrdə baş verib. Mütəxəssislər Yəmən və ətraf sularda üzən gəmilərə yüksək ayıqlıq nümayiş etdirməyi və beynəlxalq təhlükəsizlik tövsiyələrinə əməl etməyi tövsiyə edirlər.