ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı ətrafında həyata keçirilən əməliyyatlarla bağlı yeni məlumat yayıb.
Denizxeber.az bildirir ki, qurumun açıqlamasına görə, təhlükəsizlik və “uyğunluğun təmin edilməsi” məqsədilə ümumilikdə 141 kommersiya gəmisinin marşrutu dəyişdirilib, İranla əlaqəli olduğu bildirilən 9 gəmi isə sıradan çıxarılıb.
CENTCOM bildirir ki, blokada rejimi İran limanlarına daxil olan və ya onlardan çıxan gəmilərə şamil olunmağa davam edir. Eyni zamanda, bəyanatda qeyd olunur ki, digər beynəlxalq ticarət gəmiləri üçün tranzit dəhlizləri açıq saxlanılır və gəmiçilik hərəkəti müəyyən edilmiş marşrutlar üzrə davam edir.
Məlumatda həmçinin vurğulanır ki, bölgədəki əməliyyatlar beynəlxalq ticarət yollarında təhlükəsizliyin təmin edilməsinə yönəlib.
Qeyd edək ki, bu məlumatlar tərəflər arasında gərginliyin davam etdiyi bir dövrdə yayılıb və müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.





