Dənizdə növbəti gərginlik

69

Britaniya hərbçiləri La-Manş boğazında Böyük Britaniya hakimiyyətinin Rusiyanın “kölgə donanması” ilə əlaqələndirdiyi “Smyrtos” neft tankerini saxlayıblar.

Denizxeber.az bildirir ki, gəminin saxlanılması barədə əmri Böyük Britaniyanın Baş naziri Kir Starmer verib. O bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Bu uğurlu əməliyyat Rusiyaya növbəti zərbə vurur”, – deyə Starmer bildirib.

Tanker Fransa ilə koordinasiyalı şəkildə həyata keçirilən altı saatlıq əməliyyat nəticəsində dayandırılıb. Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına əsasən, araşdırma başa çatana qədər gəmi hakimiyyət orqanlarının nəzarəti altında qalacaq.

Tanker daha sonra İngiltərə sahillərində yerləşən lövbər dayanacağına aparılıb.

Bu hadisə Britaniya qüvvələrinin La-Manş boğazında gəmi saxlaması ilə bağlı ilk hal kimi qeydə alınıb. “Smyrtos” Kamerun bayrağı altında üzür. Gəminin heyəti barədə isə hələlik məlumat açıqlanmayıb.

Qərb ölkələrində Rusiyanın “kölgə donanması” dedikdə sanksiyalardan yan keçərək Rusiya mənşəli neft, neft məhsulları və mayeləşdirilmiş təbii qaz daşıyan gəmilər nəzərdə tutulur.