Türkiyənin Bartın və Kastamonu vilayətləri arasında, Qara dəniz sahilində yerləşən Kapısuyu çimərliyində döyüş təchizatlı pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.
Denizxeber.az bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları çimərliyi boşaldıblar.
PUA-nın aşkarlandığı ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.
Hadisə yerinə pilotsuz uçuş aparatının araşdırılması və mümkün nəticələrin aradan qaldırılması üçün istehkamçılar çağırılıb.





