İranda ABŞ tərəfindən hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanın birinci bəndinin yerinə yetirilməməsi səbəbindən Hörmüz boğazının bağlandığı bildirilib.
Denizxeber.az bildirir ki, bu barədə məlumatı “Fars” informasiya agentliyi yayıb.
Məlumata əsasən, Tehranın bu qərarı İsrail Müdafiə Ordusunun Livanın cənubuna endirdiyi son hərbi zərbələrə cavab olaraq qəbul etdiyi vurğulanır. Qlobal neft daşımaları və dəniz logistikası üçün strateji əhəmiyyətə malik olan boğazın bağlanması regionda gərginliyi yenidən pik həddə çatdırıb.





