İrana ilk gəmi keçidi uğurla tamamlandı

54

ABŞ-nin tətbiq etdiyi blokada ləğv edildikdən bəri ilk konteyner gəmisi İranın cənubunda, strateji mövqedə yerləşən Bəndər-Abbas şəhərindəki Şəhid Rəcayi limanında lövbər salıb.

Denizxeber.az bildirir ki, bu barədə İranın dövlət teleradio şirkəti xəbər yayıb.

Verilən məlumata əsasən, limana daxil olan gəminin boşaldılması prosesinə artıq start verilib. Gəminin daşıdığı əsas yük partiyasını avtomobil nəqliyyatı üçün nəzərdə tutulmuş müxtəlif ehtiyat hissələri təşkil edir. Bu hadisə regionda dəniz ticarətinin və logistik hərəkətliliyin yenidən canlanması baxımından mühüm addım kimi qiymətləndirilir.