Gənc idmançılarımız Mərakeş reqatasında güclərini sınayırlar – FOTO

156

Yarışda ölkəmizi təmsil edən yelkənçilərimiz güclü rəqiblər qarşısında mübarizəni uğurla davam etdirirlər.

Denizxeber.az bildirir ki, dünyanın bir çox ölkəsindən ən perspektivli gənc idmançıların qatıldığı bu mötəbər turnir “Optimist” sinfi üzrə ilin ən mühüm yarışlarından biri hesab olunur. Yelkənçilərimiz Tanjir akvatoriyasında həm taktiki hazırlıq, həm də çətin hava şəraitində idarəetmə bacarıqlarını nümayiş etdirirlər.