ADDA-nın professoru beynəlxalq konfransda – FOTO

128

Denizxeber.az bildirir ki, ADDA-nın “Tətbiqi mexanika” kafedrasının müdiri t.e.d., professor Yusif Həsənov 23–25 iyun tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Riyaziyyat, mexanika və onların tətbiqlərinin müasir problemləri” (Modern Problems of Mathematics, Mechanics and Their Applications – MPMMA 2026) II Beynəlxalq Konfransda elmi məruzə ilə çıxış etmişdir.

Konfransın əsas məqsədi tətbiqi riyaziyyat, mexanika və onların müxtəlif elm və texnologiya sahələrində tətbiqləri üzrə son elmi nailiyyətlərin müzakirəsi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, alimlər arasında təcrübə mübadiləsinin təşviqi və yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsidir.

 Konfransın seçilmiş materialları nüfuzlu “Springer” elmi  jurnalında çap ediləcəkdir.