Bu çətin və məsuliyyətli peşəni seçərək dənizlərdə fədakarlıqla çalışan, ölkəmizin dənizçilik ənənələrinin inkişafına və nəqliyyat-logistika sahəsinin tərəqqisinə töhfə verən bütün dənizçilərə dərin minnətdarlığımızı bildiririk.
Sizin peşəkarlığınız, əzmkarlığınız və zəhmətiniz Azərbaycanın dənizçilik sahəsində qazandığı uğurların əsas dayaqlarından biridir.
Denizxeber.az kollektivi adından bu əlamətdar gün münasibətilə hər birinizə möhkəm cansağlığı, ailə səadəti, təhlükəsiz səfərlər, əlverişli küləklər və yeni uğurlar arzulayırıq.
Bayramınız mübarək, əziz dənizçilər!
#DənizçilərinPeşəBayramı #25İyun #Dənizçilər #BayramınızMübarək #AzərbaycanDənizçiləri





