ASCO ailəsi bir arada: Fəxri və Şəhidlər xiyabanlarında qürur və ehtiram dəqiqələri – FOTO

76

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəhbərliyi və əməkdaşları 25 İyun – Dənizçi Günü peşə bayramı münasibətilə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar.

Denizxeber.az bildirir ki, Gəmiçiliyin kollektivi görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə gül dəstələri düzüblər.

Daha sonra Şəhidlər xiyabanını ziyarət edən dənizçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının əziz xatirəsini yad edib, məzarları önünə tər qərənfillər düzüblər.