Azərbaycan BDT-nin 76-cı sessiyasında – FOTO

122

Azərbaycan Londonda Beynəlxalq Dəniz Təşkilatının (BDT) mənzil-qərargahında keçirilən Texniki Əməkdaşlıq Komitəsinin 76-cı sessiyasında təmsil olunub. Tədbirdə Dövlət Dəniz və Liman Agentliyinin Beynəlxalq əlaqələr departamentinin direktoru Ramil Qasımov və İnsan resursları departamentinin direktoru vəzifəsini müvəqqəti icra edən Nərmin Nəbiyeva iştirak ediblər.

Denizxeber.az bildirir ki, sessiya zamanı BDT-nin Baş katibi Arsenio Dominguez və üzv dövlətlərin nümayəndələri bu ay Azov dənizində baş verən PUA hücumu nəticəsində həlak olan azərbaycanlı dənizçilərin ailələrinə və yaxınlarına dərin hüzünlə başsağlığı veriblər.

Beynəlxalq tədbirdə dənizçilərin heç bir halda hədəfə alınmaması ilə bağlı qəti çağırış edilib və onların dünya ticarətinin fasiləsiz təmin olunmasındakı mühüm rolu xüsusi vurğulanıb.