ABŞ-dan Azərbaycana 5 yeni kater gətirilib

68

2026-cı ilin ilk 4 ayı ərzində Azərbaycana ABŞ-dən 5 ədəd uzunluğu 7,5 metrdən çox, lakin 24 metrdən çox olmayan mühərrikli qayıq və kater gətirilib.

Denizxeber.az Yeniavaz.com-a istinadən xəbər verir ki, hesabat dövründə idxal olunan həmin gəmilərin ümumi gömrük dəyəri 281,68 min dollar təşkil edib. Rəqəmlər göstərir ki, ABŞ-dən gətirilən hər bir katerin orta gömrük dəyəri təxminən 56,3 min dollara (95,8 min manat) bərabər olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni aylarında bu kateqoriyada cəmi 1 ədəd kater idxal edilmişdi. Həmin kater Yunanıstandan 60,94 min dollara (103,6 min manat) satın alınmışdı.