“Bakı SUP Fest” start götürür

182

İyulun 12-də Şıxov çimərliyində yerləşən “Ramada by Wyndham Baku” hotelinin ərazisində “Baku SUP Fest” keçiriləcək. Festival Azərbaycan Su İdman Növləri Federasiyası və “Windsurfing Baku”nun təşkilatçılığı ilə baş tutacaq.

Denizxeber.az bildirir ki, Yay mövsümünün bu rəngarəng tədbirində həm həvəskarlar, həm də peşəkarlar lövhə üzərində avarçəkmə (SUP) yarışlarında öz güclərini sınaya biləcəklər. Yarışların qaliblərinə qiymətli hədiyyələr veriləcək.

İdman yarışları ilə yanaşı, festivalda canlı DJ çıxışları, xüsusi foto zonaları və müxtəlif əyləncəli proqramlar da təşkil olunacaq.