ASİNF-in yay məktəbi uğurla keçir – FOTO – VİDEO – YENİLƏNDİ

157

Azərbaycan Şaybalı və İnteraktiv Navigatorlar Federasiyasının (ASİNF) təşkil etdiyi yelkən idmanı üzrə yay məktəbi uğurla davam edir.

Denizxeber.az bildirir ki, yay məktəbinə qatılan uşaqlar peşəkar məşqçilərin rəhbərliyi altında dənizçilik və yelkən idmanının ilkin əsaslarını mənimsəyirlər. İlk praktiki məşqlərə başlayan balaca iştirakçılar həm nəzəri biliklərə yiyələnir, həm də yay tətilində asudə vaxtlarını maraqlı və faydalı keçirirlər.