Hörmüz boğazında gərginlik: Blokadadan kimlər qazanır?

54

Hörmüz boğazının bağlanması bir çox ölkəyə ciddi iqtisadi ziyan vursa da, Çin bu vəziyyətdən uğurla çıxıb.

Denizxeber.az bildirir ki, bu barədə “The New York Times” qəzeti “The Asia Group” konsaltinq şirkətinin analitiklərinin hesabatına istinadən məlumat yayıb.

Ekspertlərin fikrincə, Pekin qlobal tədarük böhranı zamanı öz iqtisadi dayanıqlığını nümayiş etdirərək mövqelərini möhkəmləndirib. ABŞ-nin regiondakı siyasəti fonunda Çin bir çox dövlət üçün daha etibarlı tərəfdaş statusu qazanıb. Bundan əlavə, enerji böhranı Çinin liderlik etdiyi sahələrə – Günəş panelləri, batareyalar və elektromobillərə qlobal tələbatı sürətləndirib.

Məqalədə qeyd olunur ki, boğazın bağlanması dünya bazarında yanacağın qiymətini artırsa da, Çin öz daxili enerji ehtiyatlarından istifadə etməklə və yerli zavodlara ixrac məhdudiyyətləri qoymaqla mənfi fəsadlardan yayına bilib. Asiyanın digər ölkələri isə bu böhrandan daha ciddi zərər çəkib.