Suya tullanma üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçirmək üçün Türkiyənin İzmir şəhərinə yollanıb.
Denizxeber.az bildirir ki, idmançılarımız İzmir hazırlığından dərhal sonra Bolqarıstana yola düşəcəklər. Onlar burada təşkil olunacaq mühüm beynəlxalq yarışda – 13-cü Sofiya Suya Tullanma Kubokunda (“Sofia Diving Cup”) ölkəmizi təmsil edəcəklər.





