“MH-60S Seahawk” helikopteri Ərəb dənizinə məcburi eniş edib.

86

ABŞ ordusu Ərəb dənizində məcburi eniş edən “MH-60S Seahawk” tipli hərbi helikopterin göyərtəsində olan bir hərbçinin itkin düşdüyünü, daha üç hərbçinin isə xəsarət aldığını açıqlayıb. Bildirilib ki, yaralıların vəziyyəti stabildir.

Denizxeber.az bildirir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının yaydığı bəyanatda bildirilib.

Məlumata görə, hazırda hərbi dəniz qüvvələri itkin düşmüş ekipaj üzvünün axtarışını davam etdirir. Hadisənin başvermə səbəbləri araşdırılır. İlkin məlumata əsasən, insidentin düşmən fəaliyyəti nəticəsində baş verdiyini göstərən heç bir əlamət yoxdur.

Bəyanatda qeyd olunub ki, helikopter bölgədə yerləşdirilmiş “George H.W. Bush” təyyarədaşıyan gəmisinin tərkibində xidmət göstərirdi.

Qeyd edilib ki, ağırlıq mərkəzi yuxarıda yerləşən hava vasitələrinin suya düşdükdən sonra aşmaq riski səbəbindən helikopterlərin suya məcburi enişi hətta təcrübəli pilotlar üçün də yüksək təhlükə yaradır.

Ekspertlərin rəyinə görə, ağırlıq mərkəzi yuxarı hissədə (mühərrik və rotor sistemi zonasında) yerləşən bu növ hava vasitələrinin suya toxunduqdan sonra dərhal aşma və çevrilmə riski olduqca yüksəkdir. Bu texniki xüsusiyyət helikopterlərin suya məcburi enişini hətta ən təcrübəli pilotlar üçün də ölümcül təhlükəyə çevirir.