Panama Gəmi Reyestri son bir neçə ili “Boz siyahı”da keçirdikdən sonra yenidən Paris Memorandumu (Paris MoU) üzrə “Ağ Siyahı”ya daxil olub. Panama hakimiyyəti bunu ölkə bayrağı altında üzən gəmilərdə təhlükəsizlik və beynəlxalq standartlara uyğunluğun artırılması istiqamətində görülən tədbirlərin nəticəsi kimi qiymətləndirir.
Denizxeber.az “Seanews.az”-a istinadən xəbər verir ki, Paris MoU-nun iyulun 1-dən qüvvəyə minən yeni reytinqi 2023–2025-ci illəri əhatə edən yoxlama və saxlanma statistikası əsasında hazırlanıb. Məlumata görə, bu dövrdə Panama bayrağı altında üzən gəmilər 57 312 dəfə yoxlanılıb, onlardan 338-i saxlanılıb. Saxlanma göstəricisi 5,9 faiz təşkil edib ki, bu da “Ağ siyahı” üçün müəyyən edilmiş 7 faizlik həddən aşağıdır.
Panama administrasiyası bildirib ki, nəticənin əldə olunmasında profilaktik yoxlamaların gücləndirilməsi, çatışmazlıq tarixçəsi olan gəmilərə daha ciddi nəzarətin tətbiqi, bayraq dövləti yoxlamalarının təkmilləşdirilməsi və beynəlxalq tələblərə cavab verməyən gəmilərin reyestrdən daha sürətli çıxarılması mühüm rol oynayıb.
Bununla belə, Panama bayrağı 2026-cı ildə Çinlə yaşanan siyasi və kommersiya gərginliyi fonunda təzyiqlərlə də üzləşib. Çin limanlarında Panama bayraqlı gəmilərin saxlanma hallarının artması diqqət çəkib.





