Beynəlxalq turnirdə yeni uğurlar gözlənilir

96

Litvada təlim-məşq toplanışında olan akademik avarçəkmə üzrə U19 (yeniyetmələr) yığma komandamızın üzvü Azər İlyasov növbəti nüfuzlu beynəlxalq turnirdə iştirak edəcək.

Denizxeber.az bildirir ki, Azərbaycan Milli Avarçəkmə Federasiyasından alınan məlumata görə, idmançımız cari ilin iyulun 11-12-də Litvanın Şaulyay şəhərində təşkil olunacaq akademik avarçəkmə üzrə Açıq Litva çempionatında ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, gərgin idman mübarizəsi şəraitində keçəcəyi gözlənilən yarışda U19 və U23 (gənclər) yaş kateqoriyalarında çıxış edən müxtəlif ölkələrin güclü avarçəkənləri birincilik uğrunda öz güclərini sınayacaqlar. Hazırda Litvada intensiv hazırlıq prosesini davam etdirən avarçəkənimizin bu turnirdə uğurlu nəticə göstərməsi hədəflənir.