Poti reqatasında 12 idmançı ilə təmsil olunacaq

107

Denizxeber.az bildirir ki, Avarçəkənlərimiz beynəlxalq reqatada iştirak üçün Gürcüstana yola düşüb

Qeyd edək ki, reqata 10-12 iyul tarixlərində Poti şəhərində keçiriləcək. Azərbaycan Su İdman Növləri Federasiyası turnirdə 12 nəfərlik heyətlə mübarizə aparacaq. Akademik avarçəkmədə İsmayıl Şirinov, Sabit Abdullayev, Məhəmməd Həsənov, İsabala Dadaşzadə, ölkəmizi təmsil edəcək. Fəxri Sadıqlı, Vaqif Mustafazadə və Rüstəm Əsgərov kanoe qayığında mükafatçılar sırasına düşməyə çalışacaq. Kayak növündə isə İvan Vorobjanski, Qiyas Əhmədov, Tengiz Qaqnidze, Elmir Tərverdiyev və Mustafa Vəlizadə heyətdə yer alacaq.

Komandaya məşqçilər Tofiq Bayramov və Fərid Saadov rəhbərlik edəcək.