Denizxeber.az bildirir ki, “Sea Breeze”də su idman növləri üzrə təlimlər başlayır
“Sea Breeze” sakinlərinə şad xəbər! 2026-cı ilin iyul ayından etibarən bu ərazidə Azərbaycan Su İdman Növləri Federasiyası ilə “Sea Breeze” marinalarının operatoru olan Abşeron Marine şirkətinin birgə təşkilatçılığı ilə kayak və SUP (stand-up paddle board) üzrə təlimlərə start veriləcək.
Peşəkar təlimlər 12 yaşdan yuxarı uşaqlar, həmçinin böyüklər üçün təşkil ediləcək. Su idman növləri üzrə məşğələlər hər həftənin cümə, şənbə və bazar günləri “Marina Yacht Club” ərazisində keçiriləcək.





