Strateji genişlənmə

44

Qlobal mayeləşdirilmiş təbii qaz (LNG) bazarındakı qeyri-müəyyənliyə və Yaxın Şərqdəki gərginliyə baxmayaraq, Xorvatiya 2026-cı ildə ölkənin qaz təchizatında hər hansı axsamanın olacağını gözləmir.

Denizxeber.az bildirir ki, bu barədə Krk adasında yerləşən LNG terminalının direktoru İvan Fuqar bildirib. O qeyd edib ki, Hörmüz boğazındakı böhran və Qətərdən tədarükün azalması fonunda belə, bu il üçün planlaşdırılan bütün LNG tankerlərinin qrafikə uyğun olaraq terminala çatması nəzərdə tutulur.

Hazırda Krk LNG terminalının illik reqazifikasiya gücü 3,5 milyard kubmetrdir. Boru kəməri layihələrinin yekunlaşması ilə 2027-ci ilin ikinci rübündə bazara əlavə 1 milyard kubmetr qaz çıxarılacaq və terminalın ümumi illik gücü 4,3–4,5 milyard kubmetrə çatacaq.

İ.Fuqar terminalın mövcud ötürmə güclərinin artıq 2037-ci ilin oktyabrınadək tam bron edildiyini vurğulayıb. 2021-ci ildən fəaliyyət göstərən bu obyekt Xorvatiyanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biridir və Mərkəzi, həmçinin Cənub-Şərqi Avropa ölkələrinin qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayır.