Bu il Xəzər dənizinin sahilində vətəndaşların istirahəti üçün 10 yeni ictimai çimərlik yaradılıb.
Denizxeber.az bildirir ki, yeni çimərliklər əsasən Novxanı, Türkan, Şüvəlan, Şıx və Corat qəsəbələrinin ərazisində salınıb. Hər bir çimərliyin ümumi sahəsi 30 hektarı əhatə edir.
Sakinlərin və qonaqların bu çimərliklərə üstünlük verməsinin əsas səbəbi burada yaradılan rahatlıq, əlçatanlıq və təhlükəsizlik şəraitidir. Ərazilər ailələrin və dostların asudə vaxtlarını səmərəli keçirmələri, eləcə də uşaqların təhlükəsiz mühitdə əylənmələri üçün lazımi şəraitlə təmin olunub.





