Sakit okeanda təkbaşına səyahət edərkən dirəyi qırılan və 30 gün boyunca open okeanda dreyf edən (külək və cərəyanın təsiri ilə sürünən) ABŞ dənizçisi Kay Sato sağ-salamat xilas edilib.
Denizxeber.az “Hawaii News Now” nəşrinə istinadən verdiyi məlumata görə, iyulun 21-də Havay adalarından təqribən 900 mil məsafədə dreyf edən yaxtanı “M/V George III” konteyner gəmisinin heyəti aşkar edərək dənizçini xilas edib.
Kaliforniyadan olan K. Sato iyunun 7-də Katalina adasından yaxta ilə yola çıxıb, lakin iki həftə sonra gəminin dirəyi sınıb, telefonu və yanacağı tükənib. Dənizçi yağış suyunu kondensat vasitəsilə toplayaraq, yulaf sıyığı və göyərtəyə düşən dəniz canlıları ilə qidalanaraq həyatda qala bilib. Qohumlarının yanına qayıdan dənizçi artıq Filippinə yeni bir dəniz səyahəti planlaşdırdığını bildirib.





