İdman həyəcanı yekunlaşdı

296

İyulun 29-da Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı baş tutub.

Denizxeber.az bildirir ki, Xəzər dənizi sahilində, “Suraxanı” gəmi-muzeyinin yaxınlığında keçirilən çempionatda Bakı və Mingəçevirdən 100-dək idmançı mübarizə aparıb. İdmançılar akademik avarçəkmə, kanoe və kayak növlərində 500 metr məsafəyə qüvvələrini sınayıblar. Turnirdə ilk dəfə olaraq qarışıq (mix) növ üzrə de yarışlar təşkil edilib.

Yarışın sonunda fərqlənən idmançılar diplom və medallarla təltif olunublar. Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd idmançıların hazırlıq səviyyəsini yoxlamaq və daxili rəqabəti artırmaqdır.