Strateji sərmayə

117

Dünyanın ən böyük aerokosmik, silah istehsalı və informasiya təhlükəsizliyi şirkətlərindən biri olan “BAE Systems” Böyük Britaniya hökuməti ilə yeni irimiqyaslı müdafiə müqaviləsi imzalayıb.

Denizxeber.az bildirir ki, 5,9 milyard funt-sterlinq (təxminən 7,8 milyard dollar) dəyərində olan saziş “Dreadnought” sinifli yeni nəsil nüvə sualtı qayıqlarının modernləşdirilməsi və tikintisinin davam etdirilməsini nəzərdə tutur.

Yeni sualtı qayıqlar 2030-cu illərin əvvəlindən etibarən Böyük Britaniya Krallıq Hərbi Dəniz Qüvvələrinin istismar müddətini başa vurmaqda olan köhnə “Vanguard” nüvə submarinlərini əvəz edəcək. Saziş Birləşmiş Krallığın dənizdə davamlı nüvə çəkindirmə sistemini dəstəkləmək məqsədilə ayırdığı 8,4 milyard funt-sterlinqlik ümumi müdafiə maliyyələşdirmə paketinin mühüm tərkib hissəsidir.