CPC terminalında fəaliyyət və texniki proseslər qrafikə uyğun aparılır

65

Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) fəaliyyətinin tamamilə dayandırılması gündəmdə deyil və bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Denizxeber.az bildirir ki, bu barədə Qazaxıstan Enerji Nazirliyinin sözçüsü Asel Serikpayeva bildirib.

Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, iyulun 31-də konsorsiumun fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılsa da, yükdaşıyanlardan neftin qəbulu və rezervuar parkının doldurulması prosesi fasiləsiz davam edir.

Bildirilib ki, avqustun 1-dən etibarən gündəlik neftdaşıma həcmi 100.000 ton təşkil edib. Neft nəqlinin daha da artırılması dəniz terminalında tankerlərin vaxtında yükləməyə hazır olmasından asılı olacaq.

Qazaxıstan Enerji Nazirliyi XBKK rəhbərliyi və yükdaşıyan şirkətlərlə sıx təmasda olduğunu, mövcud vəziyyətin tam nəzarətdə saxlanıldığını vurğulayıb.