Dəniz-çay nəqliyyatına zərbə

64

Almaniyanın ən mühüm su nəqliyyatı arteriyalarından biri olan Reyn çayının Köln şəhəri yaxınlığından keçən hissəsində suyun səviyyəsi tarixi minimum göstəriciyə enib.

Denizxeber.az bildirir ki, ölçmə məntəqələrində suyun səviyyəsi 67 santimetr kimi qeydə alınıb. Bu göstərici 2018-ci il oktyabrın 23-də qeydə alınmış əvvəlki antirekorddan 2 santimetr azdır. Analoji kritik vəziyyət çayın ölkə ərazisindən keçən digər hissələrində də müşahid olunur. Gün ərzində bəzi istiqamətlərdə suyun səviyyəsində cüzi artım gözlənilsə də, ümumi gəmiçilik şəraiti mürəkkəb olaraq qalır.

Suyun səviyyəsinin kəskin aşağı düşməsi çay və dəniz-çay tipli yük gəmilərinin tam tutumla naviqasiyasını imkansız edib. Mövcud risklər səbəbindən yükdaşıyanlar məhsulları bir neçə kiçik gəmi arasında bölüşdürmək məcburiyyətində qalırlar. Bu isə логистик xərcləri kəskin artıraraq regional su nəqliyyatı sektoruna və ümumilikdə Avropanın yükdaşıma zəncirinə əlavə iqtisadi yük yaradır.