Tarixi sursat su altında zərərsizləşdirilib

62

Türkiyənin Muğla vilayətinin Datça rayonundakı Bağlarözü körfəzində dənizdə aşkarlanan İkinci Dünya müharibəsi dövrünə aid dəniz minası Sahil Mühafizə Komandanlığının koordinasiyası ilə zərərsizləşdirilib.

Denizxeber.az bildirir ki, Bağlarözü körfəzində çimən vətəndaşlardan biri suda partlayıcı qurğuya bənzər şübhəli cisim görərək bu barədə dərhal Sahil Mühafizə Komandanlığına məlumat verib. Sualtı əraziyə operativ şəkildə aidiyyəti qurumların mütəxəssisləri cəlb olunub və dəniz akvatoriyasında zəruri təhlükəsizlik tədbirləri görülüb.

Ekspertlər tərəfindən aparılan araşdırma nəticəsində şübhəli obyektin İkinci Dünya müharibəsi dövründən qalan döyüş dəniz minası olduğu təsdiqlənib.

Sualtı axtarış və təhlükəsizlik yoxlamaları tamamlandıqdan sonra mina peşəkar mütəxəssislər tərəfindən nəzarət altında partladılaraq zərərsizləşdirilib.