Beyneu–Saksaulsk yeni avtomagistralının çəkilməsi Çin sərhədindəki buraxılış məntəqələrini Qazaxıstanın Xəzər dənizi sahilində yerləşən strateji Aktau və Kurık dəniz limanları ilə birbaşa birləşdirəcək.
Denizxeber.az bildirir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni avtomobil yollarının tikintisinin başlanmasına həsr olunmuş təntənəli telekonfrans zamanı bəyan edib.
Dövlət başçısının sözlərinə görə, bu iri miqyaslı nəqliyyat-logistika layihəsi Çindən Avropaya Xəzər dənizi üzərindən həyata keçirilən yükdaşıma marşrutunu 1000 kilometr qısaldacaq və konteynerlərin çatdırılma müddətini üç günə endirəcək. Kasım-Jomart Tokayev vurğulayıb ki, istifadəyə veriləcək avtomobil yolu Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində əsas beynəlxalq nəqliyyat arteriyalarından birinə çevrilərək Xəzəryanı regionun tranzit potensialını əhəmiyyətli dərəcədə artıracaq.





