Aralıq dənizində xilasetmə

102

Yunanıstanın Qavdos adası açıqlarında keçirilən növbəti xilasetmə əməliyyatı zamanı 48 qanunsuz miqrant dənizdə boğulmaq təhlükəsindən xilas edilib.

Denizxeber.az bildirir ki, sahil mühafizə xidməti dənizdə köməksiz vəziyyətdə qalan miqrantların xilas edilməsi üçün operativ tədbirlər həyata keçirib.

Sahil Mühafizə Qurumunun rəsmi bildirişində qeyd olunur: “Akvatoriyada keçirilən əməliyyat çərçivəsində 2 nəfər “FRONTEX” gəmisi, 7 nəfər ərazidən keçən ticari gəmi, daha 39 nəfər isə Yunanıstan Sahil Mühafizəsinin kateri vasitəsilə dənizdən çıxarılaraq xilas edilib”.

Hazırda dəniz ərazisində Sahil Mühafizəsinin bir gəmisi və bir xilasetmə kateri itkin düşməsi ehtimal olunan digər şəxslərin axtarış-xilasetmə əməliyyatlarını aramsız davam etdirir.