Qara dənizdə Ukrayna gəmilərinə zərbələr endirilib

56

Rusiya Silahlı Qüvvələri Qara dənizdə Ukraynanın 3 quru yük gəmisinə zərbə endirib.

Denizxeber.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Hərbi təyinatlı yük daşıyan gəmilərə zərbə avqustun 6-sı axşam və avqustun 7-si səhər saatlarında endirilib.

Zərbə zamanı pilotsuz uçuş aparatlarından istifadə olunub.