Dəniz qəzası

86

ABŞ-nin Nyu-York şəhərində Azadlıq heykəlinin yerləşdiyi Liberti adası akvatoriyasında dəniz gəmisinin çevrilməsi nəticəsində faciəvi qəza baş verib. Hadisə zamanı iki nəfər həyatını itirib, 12 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Denizxeber.az bildirir ki, dəniz qəzası gecə saatlarında müşahidə olunub.

Nyu-York Sahil Mühafizəsi və xilasedici xidmətlərin məlumatına əsasən, facəvi dəniz qəzasında həlak olanlar 27 yaşlı qadın və 5 aylıq azyaşlı qızdır.

Hadisə nəticəsində gəmidən təxliyə olunan 12 nəfərin vəziyyəti yüngül qiymətləndirilir. Onlar ilkin tibbi yardım göstərildikdən sonra yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Gəminin çevrilməsinə hava şəraiti, manevr xətası və ya texniki nasazlığın səbəb olduğu hələlik dəqiqləşdirilməyib. Nyu-York Sahil Mühafizəsi tərəfindən dəniz insidenti ilə bağlı araşdırmalara başlanılıb.