Türkiyə sahillərində ekipajsız kater məhv edilib

84

Türkiyənin şimal-şərqində yerləşən Artvin vilayətinin Hopa rayonu sahillərində təhlükə törədən idarəetməsiz ekipajsız kater dəniz xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirilib.

Denizxeber.az bildirir ki, Qara dənizin müvafiq sektoruna operativ şəkildə yerləşdirilən dəniz xüsusi təyinatlı qüvvələri pilotsuz qayığı hədəfə alaraq məhv ediblər.

Valiliyin məlumatına görə, məhvetmə qərarı partlayıcı maddələrlə yüklənmiş katerin sahil xəttinə təhlükəli dərəcədə yaxınlaşması səbəbindən verilib. İdarəetmədən çıxmış katerin Hopa limanında yerləşən yanacaq çənləri ilə toqquşaraq böyük fəlakət törətməsinin qarşısını almaq üçün sahildə qısa müddətdə 600 metr uzunluğunda qoruyucu tor çəkilib.

Hadisə nəticəsində liman infrastrukturuna və mülki obyektlərə hər hansı ziyan dəyməyib.