Dəniz və quru yollarında nəzarət

79

Türkiyənin İzmir və Muğla vilayətlərində humanitar təhlükəsizliyə təhdid yaradan və qanunsuz miqrasiyanı təşkil edən şəbəkələrə qarşı irimiqyaslı əməliyyat keçirilib.

Denizxeber.az bildirir ki, Türkiyə Jandarma Təşkilatı və Sahil Mühafizə Xidmətinin keçirdiyi birgə əməliyyat nəticəsində 132 qeyri-qanuni miqrant və onların dəniz və quru yolları ilə ölkədən çıxarılmasını təşkil edən 9 şəxs saxlanılıb.

Saxlanılan 9 təşkilatçıdan 4-ü barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib, digər şəxslər üzrə istintaq-prosessual tədbirləri davam etdirilir. Ələ keçirilən 132 qeyri-qanuni miqrant Vilayət Miqrasiya İdarələrinin müvafiq mərkəzlərinə təhvil verilib və onların ölkədən deportasiya olunması prosesinə başlanılıb. Türkiyənin Sahil Mühafizə qüvvələri Egey dənizi akvatoriyasında və sahil zolağında qanunsuz miqrasiya marşrutlarının qarşısının alınması üçün patrul və nəzarət reydlərini gücləndirib.